Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturu Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-İtaliya biznes forumunda deyib.
O bildirib ki, Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Limanı bu əlaqələrin əsasını təşkil edən nəqliyyat infrastrukturu layihələridir: "İtaliya şirkətləri ilə əməkdaşlıq çərçivəsində bu infrastruktur layihələri ticarət əlaqələrinin genişləndirilməsində geniş imkanlara sahibdir. Bu baxımdan, Ələt Azad İqtisadi Zonasında və sənaye parklarında əməkdaşlıq imkanları xüsusi qeyd edilməlidir. İstehsalın logistika obyektlərinə yaxın ərazilərdə təşkili, təchizatın səmərəli qurulması və hədəf bazarların əvvəlcədən müəyyənləşdirilməsi layihələrin kommersiya perspektivlərini yaxşılaşdırılmasında önəm daşıyır".
A.Axundov əlavə edib ki, İtaliya şirkətlərinin Azərbaycanda istehsal fəaliyyətini genişləndirməsi, müasir texnologiyaların tətbiqi və regional bazarlara çıxış imkanlarından istifadə iki ölkə arasında arasında daha şaxələndirilmiş ticarət və investisiya tərəfdaşlığının inkişafına töhfə verəcək.