Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 332 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 18 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 10 ayı ərzində Gürcüstan xarici ölkələrdən 2,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 67 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 833 milyon ABŞ dolları, Türkiyədən 260 milyon ABŞ dolları, Liviyadan 233 milyon ABŞ dolları, Bolqarıstandan 215 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.