İtaliya Ticarət və Sənaye Palataları İttifaqının ("Unioncamere") beynəlmiləlləşmə şöbəsinin rəhbəri Pyetro İnfante ənənəvi ticarət əlaqələri modelindən kənara çıxaraq Azərbaycan-İtaliya münasibətlərini yeni səviyyəyə qaldırmağı təklif edib.
"Report" xəbər verir ki, o, bunu Bakıda keçirilən İtaliya-Azərbaycan biznes forumunda bildirib.
P.İnfantenin sözlərinə görə, birgə müəssisələrin yaradılmasına, sənaye tərəfdaşlıqlarının inkişafına və texnologiya transferinə dair sazişlərin bağlanmasına diqqət yetirmək lazımdır.
Xəbər yenilənir