"Hitachi Rail" şirkəti nəqliyyat infrastrukturunun inkişafı və nəqliyyat əlaqəliliyinin artırılması sahəsində Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.
"Report" xəbər verir ki, bunu şirkətin Cənubi və Qərbi Avropa bazarları üzrə baş vitse-prezidenti Barbara Ferrari Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
"Qlobal mövcudluğa və qabaqcıl texnologiyalara malik "Hitachi Rail" şirkəti üçün Azərbaycanın uzunmüddətli tərəfdaşı olmaq çox vacibdir", - o qeyd edib.
Xəbər yenilənir