"Iveco" Azərbaycana elektrik və məktəbli avtobuslarının tədarükündə maraqlıdır

"Iveco Group" Azərbaycanın Qarabağ regionunda, o cümlədən elektrik mobilliyi sahəsində fəaliyyətini genişləndirməyə hazırdır.

"Report" xəbər verir ki, bunu "Iveco" şirkətlər qrupunun Beynəlxalq biznesə dəstək şöbəsinin rəhbəri Andrea Çommi (Andrea Ciommi) Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, şirkət həmçinin "BakuBus"un avtobus parkının modernləşdirilməsi üzərində işləyir və Azərbaycana məktəbli və elektrik avtobuslarının tədarükündə maraqlıdır.

Xəbər yenilənir

Digər xəbərlər