"Euronews" Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı video yayımlayıb

"Euronews" beynəlxalq xəbər kanalı Azərbaycanda dövlət-özəl tərəfdaşlığının (PPP) inkişafı, iqtisadi diversifikasiya, qeyri-neft sektorunun şaxələndirilməsi və bununla bağlı ölkəmizə artan beynəlxalq maraqla bağlı video yayımlayıb.

"Report" xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin müdiri Zamir Dibirov 2026-cı il üzrə PPP portfelinin strateji əhəmiyyətli və yüksək sosial təsirə malik 6 layihəni əhatə etdiyini nəzərə çatdırıb.

Süjetdə rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılması, müasir infrastruktur, insan kapitalının inkişafı istiqamətində görülən işlər beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34