"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin “Made in Azerbaijan” brendi adı altında istehsal olunan kəlağayı məhsulları Azexport.az internet portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub.
Bu barədə "Report"a İqtisadi islahatları Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirlib.
İlkin mərhələdə sadalanan platformalarda 10 çeşiddə kəlağayı məhsulu satışa çıxarılıb. Növbəti mərhələdə Kooperasiyanın nəzdindəki müəssisələrin istehsal etdiyi digər məhsullar da “Amazon” və “eBay” platformalarına inteqrasiya olunacaq.
Son zamanlar dünyada onlayn resurslar üzərindən elektron ticarətə olan maraq və tələbat nəzərə alınaraq, həmçinin müəssisənin istehsalı olan məhsulların satış coğrafiyasını genişləndirmək məqsədilə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çin, Yaponiya, Tayvan, Koreya, Sinqapur, İsrail, MDB və Avropa ölkələrinə ixracın həyata keçirilməsi nəzərdə tutulub.