"Azexport" dövlət şirkətinin məhsullarını “Amazon” və “eBay”da satışa çıxarıb

Biznes
  • 25 fevral, 2022
  • 08:06
Azexport dövlət şirkətinin məhsullarını “Amazon” və “eBay”da satışa çıxarıb

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin “Made in Azerbaijan” brendi adı altında istehsal olunan kəlağayı məhsulları Azexport.az internet portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub.

Bu barədə "Report"a İqtisadi islahatları Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirlib.

İlkin mərhələdə sadalanan platformalarda 10 çeşiddə kəlağayı məhsulu satışa çıxarılıb. Növbəti mərhələdə Kooperasiyanın nəzdindəki müəssisələrin istehsal etdiyi digər məhsullar da “Amazon” və “eBay” platformalarına inteqrasiya olunacaq. 

Son zamanlar  dünyada  onlayn  resurslar üzərindən  elektron ticarətə olan maraq  və  tələbat nəzərə alınaraq, həmçinin müəssisənin istehsalı olan məhsulların satış coğrafiyasını genişləndirmək  məqsədilə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çin, Yaponiya, Tayvan, Koreya, Sinqapur,  İsrail, MDB və Avropa ölkələrinə ixracın həyata keçirilməsi nəzərdə tutulub.