Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 79,041 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.
Təkcə iyul ayında Türkiyə Azərbaycana 17,236 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 23,9 % çoxdur.
7 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 6,7 % artaraq 7,638 milyard ABŞ dollarına, iyul ayında isə 8 % artaraq 1,189 milyard ABŞ dollarına çatıb.