Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 117,321 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % azdır.
Təkcə iyulda Türkiyə Azərbaycana 18,778 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 8,5 % azdır.
7 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 7 % artaraq 9,891 milyard ABŞ dollarına, iyul ayında isə 11,4 % artaraq 1,568 milyard ABŞ dollarına çatıb.