Ötən il Azərbaycan 90,55 min ABŞ dolları dəyərində 78,39 ton siyənək (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 73 %, kəmiyyət olaraq – 69 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 55 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 79 % azdır) 49,99 ton (-73 %), Norveçdən 35,18 min ABŞ dolları dəyərində 28,1 ton və Estoniyadan 0,35 min ABŞ dolları dəyərində 0,3 ton siyənək alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Estoniyadan tədarük həyata keçirilib.