Bu ilin yanvar ayında Azərbaycana xaricdən 1,4 milyon ABŞ dolları dəyərində 425 ton hazır və ya konservləşdirilmiş balıq gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 59,2 % çoxdur.
Hesabat dövründə Türkiyədən 492,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 68 ton (+84 %), Çindən 316 min ABŞ dolları dəyərində (+12 dəfə) 111 ton (+69,3 dəfə), Rusiyadan 251,4 min ABŞ dolları dəyərində (-43 %) 115,3 ton (-29 %), İrandan 109 min ABŞ dolları dəyərində (+58 %) 67,2 ton (+51,4 %), Ukraynadan 85,3 min ABŞ dolları dəyərində (+17 dəfə) 33,7 ton (+7,7 dəfə) məhsul alınıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Omandan (0,06 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.