Ötən ilin ilk 11 ayında Azərbaycana 6,43 milyon ABŞ dolları dəyərində 319 min 214 ədəd elektrik ütü idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 67 %, kəmiyyət olaraq – 55 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 3,38 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 37 % çoxdur) 264 min ədəd (+47 %), Fransadan 2,3 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 35 min 353 ədəd (+3,4 dəfə), İndoneziyadan 313 min ABŞ dolları dəyərində (+1 %) 4 min 884 ədəd (+26 %), Misirdən 265 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 7 min 902 ədəd (+2,5 dəfə), Türkiyədən 117 min ABŞ dolları dəyərində (+56 %) 1 min 647 ədəd (-39 %) ütü alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstriyadan (0,07 min ABŞ dolları dəyərində 2 ədəd), Bosniya və Herseqovinadan (0,39 min ABŞ dolları dəyərində 36 ədəd), Hindistandan (9,64 min ABŞ dolları dəyərində 318 ədəd), İsveçrədən (0,41 min ABŞ dolları dəyərində 29 ədəd) tədarük həyata keçirilib.