ARDNF və SOCAR-ın birgə müəssisəsi nizamnamə kapitalını azaldır

"Azerbaijan Rigs" MMC nizamnamə kapitalını 70 milyon manat və yaxud 7,4 % azaldaraq 950 milyon manatdan 880 milyon manata endirdiyini elan edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

"Azerbaijan Rigs" 2013-cü ildə yaradılıb. Şirkətin təsisçiləri 90 % payla Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və 10 % payla Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).

Digər xəbərlər

Yerli brend qlobal arenada 18 dekabr, 2025 / 15:08
Ənənəvi dadların qlobal səfəri 17 dekabr, 2025 / 15:03