Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması üçün mühüm addımlar atılır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi inkişaf var və ölkənin beynəlxalq aləmdə nüfuzu il-ildən artırır: "Kənd təsərrüfatı sahəsində də mühüm işlər görülür. Sahə üzrə qanunvericilik bazası təkmilləşdirilir. "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" qəbul olunduqdan sonra artıq 4 qanun layihəsi müzakirədən keçib. "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanunlar qəbul olunub. Məhsul şəhadətnaməsi və digər aidiyyəti sahələrlə bağlı qanun layihələri isə birinci oxunuşdan keçib və növbəti oxunuşa təqdim olunacaq. Həmin sənədlər ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatının inkişafına və əhalinin rifahının yüksəldilməsinə xidmət edir".