Təhsil nazirinin müavini federasiya prezidenti seçilib

Təhsil nazirinin müavini federasiya prezidenti seçilib Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) növbədənkənar konfransı keçirilib
Futbol
18 May , 2015 14:50
Təhsil nazirinin müavini federasiya prezidenti seçilib

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) növbədənkənar konfransı keçirilib. "Report"un məlumatına görə, konfransın keçirilməsində əsas məqsəd yeni prezident seçkisi olub.

İlk olaraq ATFF-nin nizamnaməsinə əsasən sabiq prezident Fazil Qarayevin istefası qəbul olunub. Bundan sonra vakant postun sahibi məlum olub. Təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov açıq səsvermədə federasiyanın yeni prezidenti seçilib.

Bundan başqa konfransın gündəliyində olan digər məsələlər də həllini tapıb. Səsvermə yolu ilə ATFF-nin İK üzvləri və vitse-prezidenti seçilib və təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi