Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib

Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun görüşlərinə start verilib.
Futbol
10 May , 2024 20:52
Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günü "Neftçi" və "Kəpəz" kollektivləri üz-üzə gəlib.

"Neftçi Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesabı ilə qələbə qazanıb. Qarşılaşmada hesabı 36-cı dəqiqədə qonaqlardan Latir Fal açıb. Fasiləyə bir dəqiqə qalmış Andre Şinyaşiki, 45+2-ci dəqiqədə isə Brayan Morenonun qolları paytaxt təmsilçisini hesabda önə çıxarıb. 47 və 76-cı dəqiqələrdə daha iki dəfə fərqlənən Şinyaşiki het-trik edib. Görüşdə yekun hesabı isə 86-cı dəqiqədə "sarı-göylər"in qapısına yol tapan Ağadadaş Salyanski müəyyənləşdirib.

Bu nəticənin ardından Miodraq Bojoviçin komandası xallarının sayını 53-ə çatdırıb. Gəncə klubu isə 35 xalda qalıb.

Qeyd edək ki, turun digər oyunları mayın 11-i və 12-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi