“Bavariya”nın futbolçusu AVRO-2024-dən kənarda qala bilər

“Bavariya”nın futbolçusu AVRO-2024-dən kənarda qala bilər “Bavariya”nın futbolçusu Serj Qnabri mövsümün qalan hissəsini buraxacaq.
Futbol
10 May , 2024 17:32
“Bavariya”nın futbolçusu AVRO-2024-dən kənarda qala bilər

“Bavariya”nın futbolçusu Serj Qnabri mövsümün qalan hissəsini buraxacaq.

“Report” Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real”la cavab görüşündə (1:2) bud nahiyəsindən zədə alıb.

Qnabri bu səbəbdən ölkəsində təşkil olunacaq Avropa çempionatını buraxmaq riski ilə üzləşib.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-nə qədər Almaniyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi