"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq

"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq Gələcək oyunlar üçün dərs çıxarmalıyıq.
Futbol
10 May , 2024 21:20
Kəpəzin baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq

Gələcək oyunlar üçün dərs çıxarmalıyıq.

"Report"un məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XXXIV turunda keçirilən "Neftçi" - "Kəpəz" qarşılaşmasından sonra qonaqların baş məşqçisi Adil Şükürov deyib.

Mütəxəssis böyükhesablı məğlubiyyət barədə danışıb: "Məncə, çox danışılası bir şey yoxdur. Məğlub olduq. Bundan gələcək oyunlar üçün dərs çıxarmalıyıq. Sürətimiz çatmadı. Oyunun ilk hissəsində sürətli hücumlarla irəli çıxa bildik. Qol epizodları yaratdıq. İkinci hissədə sürətimiz düşdü. Buna görə də bu cür nəticə qeydə alındı".

Qeyd edək ki, turun açılış matçında "ağ-qaralar" Gəncə klubuna 5:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi