Kilian Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqlayıb

Kilian Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqlayıb Fransanın PSJ kollektivinin üzvü Kilian Mbappe klubdan gedəcəyini rəsmən açıqlayıb.
Futbol
10 May , 2024 22:29
Kilian Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqlayıb

Fransanın PSJ kollektivinin üzvü Kilian Mbappe klubdan gedəcəyini rəsmən açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə futbolçu özü "X" səhifəsində video paylaşım edib.

"Ölkəmdən ayrılacağımı açıqlamağım mənim üçün çox çətindir. Ancaq 7 ildən sonra karyeramda yeni səhifə açmağa ehtiyacımın olduğunu hiss edirəm", - deyə ulduz futbolçu bildirib.

Qeyd edək ki, 25 yaşlı oyunçunun müqavilə müddəti 2024-cü ilin yayında başa çatacaq. Hücumçunun İspaniyanın "Real" (Madrid) komandasına keçəcəyi istisna olunmur.

Son xəbərlər

Orphus sistemi