​İlqar Axundov: "Rəvan" rəhbərliyi heç vaxt futbolçuların əmək haqlarını mənimsəmir"

​İlqar Axundov: "Rəvan" rəhbərliyi heç vaxt futbolçuların əmək haqlarını mənimsəmir" "Futbolçular da bundan təəssüf hissi keçirirlər"
Futbol
15 Yanvar , 2016 16:47
​İlqar Axundov: Rəvan rəhbərliyi heç vaxt futbolçuların əmək haqlarını mənimsəmir

Bakı. 15 yanvar. REPORT.AZ/ "Dünən komandanın kapitanı ilə söhbət etdik. Razılığa gəldik ki, maaşları hissə-hissə ödəyək". Bunu "Report"a açıqlamasında "Rəvan" futbol klubunun vitse-prezidenti İlqar Axundov deyib.

Bir neçə gün əvvəl maaşların ödənilməməsi səbəbindən komandanın məşqləri boykot etməsindən danışan İ.Axundov problemlərin həll olunduğunu söyləyib: "Futbolçular da məşqə başlayıblar. Artıq dünən ilk məşq olub. Bu gün isə iki məşq oldu. Futbolçular inandılar ki, "Rəvan" rəhbərliyi heç vaxt futbolçuların əmək haqlarını mənimsəmir".

Vitse-prezident komandanın "CBC Sport Kuboku"nda iştirak etməməsindən təəssüfləndiklərini bildirib: "Futbolçular da bundan təəssüf hissi keçirirlər. Biz də istəməzdik ki, belə olsun. Bu turnir komandanı yoxlamaq baxımından əlverişli fürsət idi".

Qeyd edək ki, bir neçə gün əvvəl futbolçular ötən ilin noyabr və dekabr aylarının maaşlarını almadıqları üçün məşqlərə qatılmaqdan imtina ediblər. Bu səbəbdən "Rəvan" "CBC Sport Kuboku"na qatılmayıb.

Son xəbərlər

Orphus sistemi