Yunanıstanlı nümayəndə: Avropa hazırda ekzistensial böhran içərisindədir

Xarici siyasət
  • 13 mart, 2025
  • 14:19
Yunanıstanlı nümayəndə: Avropa hazırda ekzistensial böhran içərisindədir
Dimitris Avramopoluos

Avropa hazırda ekzistensial böhran içərisindədir.

“Report” xəbər verir ki, bu barədə Yunanıstan Baş nazirinin nümayəndəsi Dimitris Avramopoluos martın 13-də XII Qlobal Bakı Forumunda deyib.

O qeyd edib ki, Avropanın tarixinə baxanda, ötən dövrlərdə qitə ölkələri arasında birliyin olmadığı görünür:

“Əgər böhrandan çıxa bilməsək, biz köhnə tariximizi yaşamalı olacağıq - yəni birlik pozulacaq. Avropada böhranın episentri dəyişir, çünki bəzi ölkələrin rolları dəyişir”.

Çıxışcı Qlobal Bakı Forumunu dünya miqyasında çox əhəmiyyətli tədbir kimi qiymətləndirib: 

“Azərbaycan irəli gedir. Bu tədbirdə yeni ABŞ hökumətinin nümayəndəsi də olmalıydı. Çünki böyük güclərdən olan Çinin nümayəndəsi buradadır. Həmçinin Afrika da olmalıdır, çünki bu qitə ortaya çıxan yeni güclərdən biridir. BMT isə əvvəlki qədər güclü deyil və çox dərin böhran yaşayır”.

44 - Tezliklə