Yohannes Han: "Şərq tərəfdaşlığı"nın növbəti sammiti 2020-ci ildə keçirilə bilər"

Yohannes Han: "Şərq tərəfdaşlığı"nın növbəti sammiti 2020-ci ildə keçirilə bilər" Bakı. 16 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) və Şərq tərəfdaşlığı proqramı ölkələrinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) növbəti sammiti 2020-ci ildə keçirilə bilər.
Xarici siyasət
16 Oktyabr , 2018 08:20
Yohannes Han: Şərq tərəfdaşlığının növbəti sammiti 2020-ci ildə keçirilə bilər

Bakı. 16 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) və "Şərq tərəfdaşlığı" proqramı ölkələrinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) növbəti sammiti 2020-ci ildə keçirilə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə Aİ-nin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Lüksemburqda qurumun altı ölkənin XİN rəhbəri ilə görüşünün yekununda deyib.

"O, çox güman ki, 2020-ci ildə keçiriləcək. Lakin biz bunu hələ müzakirə edirik", - deyə Han bildirib.

Xatırladaq ki, Elmar Məmmədyarov oktyabrın 15-də "Şərq Tərəfdaşlığı" ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Son xəbərlər

Orphus sistemi