Yaponiyanın Baş naziri: Azərbaycan regionun sabitliyinin və inkişaf açarının sahibidir

Xarici siyasət
  • 16 fevral, 2024
  • 16:29
Yaponiyanın Baş naziri: Azərbaycan regionun sabitliyinin və inkişaf açarının sahibidir

Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi üçün önəmli rola malik ölkə olmaqla yanaşı, regionun sabitliyinin və inkişaf açarının sahibidir.

"Report"un xəbərinə görə, bu fikirlər Yaponiyanın Baş naziri Fumio Kişidanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

"2022-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilmişdir. Diplomatik münasibətlər qurulandan sonra hökumətlərarası dialoqlar başda olmaqla, yüksək səviyyəli səfərlər, parlamentlərarası, həmçinin regionlarda yerli özünüidarəetmə orqanları arasındakı münasibətlər, iqtisadi və ekoloji sahədə əməkdaşlıq və digər istiqamətlərdə əlaqələr fəallaşmaqdadır", - Baş nazirin məktubunda qeyd edilib.

44 filmi