Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməyəcək - YENİLƏNİB

Xarici siyasət
  • 02 mart, 2026
  • 20:42
Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməyəcək - YENİLƏNİB

Yaponiyanın Azərbaycandakı səfirliyi iki gün konsulluq xidmətləri göstərməyəcək.

"Report"un məlumatına görə, bu barədə səfirliyin sosial şəbəkə səhifəsində məlumat verilib.

"Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi bu gün və sabah (martın 2-3-də) konsulluq xidmətləri göstərməsini müvəqqəti olaraq dayandırır", - açıqlamada qeyd olunub.

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.

"Report"un məlumatına görə, bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

"Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik", - səfirliyin açıqlamasında bildirilib.

44 filmi