XİN rəhbəri Azərbaycanın 2023-cü il üçün xarici siyasət prioritetlərini açıqlayıb

XİN rəhbəri Azərbaycanın 2023-cü il üçün xarici siyasət prioritetlərini açıqlayıb “Azərbaycan üçün əsas prioritetlər dayanıqlı inkişafın və sülhün təmin edilməsidir”.
Xarici siyasət
27 Dekabr , 2022 17:32
XİN rəhbəri Azərbaycanın 2023-cü il üçün xarici siyasət prioritetlərini açıqlayıb
Ceyhun Bayramov

“Azərbaycan üçün əsas prioritetlər dayanıqlı inkişafın və sülhün təmin edilməsidir”.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın 2023-cü il üçün əsas prioritetləri dəyişməz olaraq qalacaq:

"Prioritet mühüm tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycan çoxtərəfli platformalar çərçivəsində də fəal olmaqda davam edəcək.

Bizim üçün əsas prioritetlər dayanıqlı inkişafın və sülhün təmin edilməsidir. Ümid edirik ki, qarşı tərəf də sülhə yönələcək. Nəqliyyat kommunikasiyalarının inkişaf etməsini və sülh müqaviləsinin imzalanmasını görmək istərdik”, - C.Bayramov bildirib.

Son xəbərlər

Orphus sistemi