Nazir: “Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq perspektivləri böyükdür”

Xarici siyasət
  • 27 dekabr, 2022
  • 12:42
Nazir: “Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq perspektivləri böyükdür”
Təhsil naziri Ceyhun Bayramov
Report

“Azərbaycan və ABŞ enerji sektoru, terrorizmlə mübarizə, humanitar və digər sahələrdə əməkdaşlıq edir”.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan təkcə region ölkələri üçün deyil, bir çox digər ölkələr üçün də mühüm enerji tərəfdaşıdır.

"Bundan başqa, ABŞ regionda sülhün bərqərar olması üçün bir sıra mühüm təşəbbüslər irəli sürüb. İki ölkə arasında əməkdaşlıq perspektivləri böyükdür və Azərbaycan bunda çox maraqlıdır", - XİN rəhbəri əlavə edib.