XİN başçısı: “Yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqlarının nəzərə alınacağını gözləyirik”

XİN başçısı: “Yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqlarının nəzərə alınacağını gözləyirik” “Azərbaycan yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqlarının BMT orqanlarının dəstəyi ilə nəzərə alınacağını gözləyir. Bu, gerçək sül üçün mühüm əhəmiyyət kəsb edir”.
Xarici siyasət
13 Sentyabr , 2023 13:05
XİN başçısı: “Yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqlarının nəzərə alınacağını gözləyirik”
Ceyhun Bayramov

“Azərbaycan yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqlarının BMT orqanlarının dəstəyi ilə nəzərə alınacağını gözləyir. Bu, gerçək sülh üçün mühüm əhəmiyyət kəsb edir”.

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, 1987-1991-ci illər ərzində Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq 200 mindən çox azərbaycanlını öz yurdundan didərgin salıb: "Bütün Azərbaycan toponimləri Ermənistan tərəfindən yenidən adlandırıldı. Mədəni və tarixi irsimiz məqsədli şəkildə məhv edildi”.

C.Bayramov Azərbaycanın torpaqlarından qovulan azərbaycanlıların geri qaytarılması istiqamətində dialoqun aparılması ilə bağlı çağırışlarını Ermənistanın həmişə rədd etməsinə də diqqət çəkib: “Ermənistan hökuməti azərbaycanlıların fundamental hüquqları ilə bağlı bu təklifi mütəmadi olaraq rədd etdi. Bununla da İnsan Hüquqları ilə bağlı Bəyannaməni, Qaçqınlar və məcburi köçkünlərlə bağlı Konvensiyanı və digər vacib beynəlxalq aktları pozdu. Azərbaycan vətəndaşlarına qarşı beynəlxalq insan haqları qanunlarını ciddi şəkildə pozduğuna görə Ermənistan beynəlxalq aləmdə cavab verməlidir”.

Son xəbərlər

Orphus sistemi