XİN: Azərbaycan-Rusiya danışıqları konstruktiv dialoq ruhunda keçirilib

XİN: Azərbaycan-Rusiya danışıqları konstruktiv dialoq ruhunda keçirilib Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.
Xarici siyasət
327
9 İyul , 2021 11:21
XİN: Azərbaycan-Rusiya danışıqları konstruktiv dialoq ruhunda keçirilib

İyulun 6-9-da Bakı şəhərində xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun və Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasında Rusiya nümayəndə heyətinin rəhbəri Amir Bilyaletdinovun rəhbərliyi ilə Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclasda demarkasiya prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilmiş, çöl demarkasiya işlərinin aparılması və təşkil edilməsi üçün lazimi olan sənədlər təsdiq edilib. Sərhəd nişanlarının quraşdırılması Azərbaycan-Rusiya birdə demarkasiya Komissiyasının 2021-ci il üçün İş Planına müvafiq olaraq davam etdiriləcək.

Demarkasiya işlərinin aparılması zamanı hər iki dövlət tərəfindən işlərin konstruktiv və ardıcıl həyata keçirilməsi qeyd olunub.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissyanın növbəti iclası Rusiya Federasiyası ərazisində keçiriləcəkdir. Onun keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi