Xələf Xələfov: "Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması üçün çalışırıq"
- 23 fevral, 2023
- 12:42
Yeniliklərdən dərhal xəbərdar olun!
"XX əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsindəyik. Azərbaycan dövləti Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı cinayəti kimi tanınması üçün çalışır".
"Report" xəbər verir ki, bunu Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş könüllülər arasında esse müsabiqəsinin təltifetmə mərasimində çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib.
Nazir müavini qeyd edib: “Biz indiyədək Xocalı soyqırımını törədənləri məsuliyyətə cəlb edə bilməmişik. Bu cinayəti keçmiş SSRİ-nin 336-cı motoatıcı alayı ilə birlikdə ermeni terrorçuları törədiblər. Serj Sarkisyan öz etiraflarında deyib ki, biz Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini həyata keçirmək üçün bu cinayəti törətmişik”.