Xələf Xələfov Azərbaycanın Xəzər məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib

Xələf Xələfov Azərbaycanın Xəzər məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib Bakı. 14 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Xarici siyasət
14 Noyabr , 2018 18:03
Xələf Xələfov Azərbaycanın Xəzər məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib
Report.az

Bakı. 14 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilib ki, 2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Xəzəryanı dövlətlərin dövlət başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli yerinə yetirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmə mexanizminin yaradılması barədə qərar qəbul ediblər. Həmin qərara uyğun olaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaradıblar.

Sərəncamla Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfov Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfovun bu sərəncamın 1-ci hissəsində göstərilən Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin edildiyi barədə Xəzəryanı dövlətlərə bildiriş göndərmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi