Viktor Orban Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 04 iyul, 2024
  • 13:50
Viktor Orban Azərbaycana səfər edəcək

Macarıstan Baş naziri Viktor Orban iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs "X" hesabında yazıb.

O bildirib ki, sammitdə əsas diqqət nəqliyyat, əlaqə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək:

"Baş nazir Orban türk tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti