Nikolas Maduro Prezident İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib
Nikolas Maduro Prezident İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edibVenesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, N.Maduro bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan xalqını və onun yenidən seçilmiş Prezident İlham Əliyevi təbrik edirəm. Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqınızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”.
Felicito al pueblo de Azerbaiyán y a su Presidente reelecto Ilham Aliyev. Con liderazgo, sabiduría y humanismo seguirás el camino de avance y prosperidad para tu noble pueblo. Rumbo a nuevas grandes conquistas. ¡Viva Azerbaiyán! pic.twitter.com/iiZyVuJHjv