Ukrayna səfiri Bakı aeroportunda təyyarə qəzası qurbanlarının xatirəsini yad edib

Ukrayna səfiri Bakı aeroportunda təyyarə qəzası qurbanlarının xatirəsini yad edib Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qurbanlarının xatirəsini yad edib.
Xarici siyasət
27 Dekabr , 2024 11:23
Ukrayna səfiri Bakı aeroportunda təyyarə qəzası qurbanlarının xatirəsini yad edib

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qurbanlarının xatirəsini yad edib.

“Report” xəbər verir, səfir bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Aktau (Qazaxıstan) yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək üçün bu səhər Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gəldim. Ukrayna səfirliyi adından Azərbaycan xalqına və yaxınlarını itirən ailələrə başsağlığı verirəm", - o vurğulayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Son xəbərlər

Orphus sistemi