Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib

Sosial müdafiə
  • 25 noyabr, 2026
  • 15:46
Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib

Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib.

"Report" xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov "Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq" kampaniyasına həsr olunmuş konfransda deyib.

O bildirib ki, bu il ölkədə 20-25 yaşlarında olan və nikah potensialına malik 175 min gənc var:

"Bu isə o deməkdir ki, ölkədə təxminən 75-80 min nikah qeydə alınmalı idi. Amma Azərbaycanda 10 ayda cəmi 31 min nikah bağlanıb və ilin sonuna qədər ən yaxşı halda daha 10 min nikah bağlana bilər. Beləliklə, il ərzində ümumilikdə təxminən 40 min nikah rəsmiləşəcək ki, bu da nikah potensialının yarısı deməkdir. Yəni Azərbaycanda bu il nikah potensialında olan insanların yarısı evlənməyib".