Ukrayna Prezidenti Ofisinin İslahatlar üzrə İcraiyyə Komitəsinin (Milli İslahatlar Şurası) Zakarpatiya bürosunun rəhbəri, Zakarpatiya vilayət qubernatorunun və vilayət Radası sədrinin müşaviri Vladislav Antipinin “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.
- Zakarpatyanın Ukraynanın aparıcı vilayətlərindən biri olduğunu nəzərə alaraq, Azərbayacanla əlaqələr kontekstində hansı çatışmazlıq var? Yeni nə təklif edərdiniz?
- Hesab edirəm ki, çatışmazlıqlar var. Ona görə də intensiv templərlə ilk olaraq iqtisadi əməkdaşlığa başlamaq lazımdır. Zakarpatya vilayəti Ukraynadan Avropaya, qonşu ölkələrə - Rumıniya, Slovakiya, Macarıstan və Polşaya açılan qapıdır. Yəni həm “gate”, həm də “hub” ola bilərik. Odur ki, strateji iqtisadi inkişafla məşğul olan Azərbaycan Zakarpetye vilayətində fəal olmalıdır. Nə etmək olar? Birincisi, Azərbaycandan olan güclü şirkətlərin, məsələn, neft şirkətlərinin forumunu keçirmək lazımdır. Sirr deyil ki, Zakarpatye vilayətində bu yaxınlarda qaz və digər faydalı qazıntı yataqları aşkarlanıb. Ona görə də hesab edirəm ki, SOCAR və dünyanın digər aparıcı neft şirkətləri karbohidrogen yataqlarının kəşfiyyatı işlərində fəal mövqe tutmalıdır.
İkincisi, logistik biznes və ticarət. Azərbaycan investisiyalarını Türkiyə bankları ilə birləşdirərək Zakarpatye vilayətində Avropa ilə ticarətdə həlledici rol oynaya bilər. Həmçinin Slovakiya və Macarıstandan Ukrayana doğru tikilməkdə olan avtomagistrallarda “SOCAR Trading” şirkəti Ukraynaya girişdə yanacaqdoldurma müəssisələri açmaqla yaxşı imic mövcudluğu əldə edə bilər. Eyni zamanda, logistika şirkətləri də beynəlxalq ticarətdə iştirak edə, daşıma xidmətləri göstərə bilər.
- Ötən il Azərbaycanın ərazilərini işğaldan azad etməsi iqtisadi cəhətdən çox vacib nəticələrə gətirdi. Xüsusən də turizm baxımından. Regionun inkişafı və onun Ukrayna ilə əməkdaşlığı perspektivləri ilə bağlı fikirlərinizi bilmək olarmı?
- Zakarpetye vilayəti turistik cəhətdən potensial ərazidir. Birincisi, su mənbələri çoxdur. Üstəlik, yaşıl landşaftlı dağlar, göllər var. Bütün bunlar həm Avropaya, həm də regiona yaxın yerdə yerləşir. Sadəcə, investisiyaya və sistemli idarəetməyə ehtiyac var. Qarşılama və qonaq qəbul etmə sahəsində təcrübəsi olan şirkətlərin idarəetmə bacarığına ehtiyac var. Bu mənada bu sahədə böyük təcrübəsi olan Türkiyə və Azərbaycan şirkətlərinin birliyi müsbət olardı və bu, maraqlı investisiya olardı.
- Siz həmçinin ölkədə islahatlar aparan strukturun regional nümayəndəsisiniz. Zakarpatye vilayəti hazırkı ümumrespublika islahatlarının hansı mərhələsindədir?
- Milli İslahatlar Şurasının Zakarpatye ofisi başlanğıc, eyni zamanda, fəal mərhələdədir. İndi bütün təşəbbüslər, regionun potensial investisya imkanları barədə məlumatlar toplanır, təhlillər aparılır. Qanunverici bazanın da təhlili aparılır. Biz həm öncül, həm də müşayiətedici rol oynayacağıq. Biz qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsinin təşəbbüskarlarıyıq. Bu təşəbbüslər Prezidentin, nazirlərin iştirakı ilə keçirilən iclaslara çıxarılır. Zakarpatye vilayəti olaraq islahatların effektiv həyata keçirilməsinə çalışacağıq.
- İslahatlar aparan strukturda təmsil olunursunuz. Sizin və ya təşkilatınızın islahatları sürətləndirəcək hansısa qanun layihəsi ilə bağlı Ali Radada qəbul olunan təklifi varmı?
- Ofisimizin əsas işi də qanunvericilik aktları ilə bağlı bütün belə təşəbbüsləri bir yerə toplamaq və biznes mühitinin yaxşılaşmasına və investisiya mühitinin maksimal effektivliyinə istiqamətlənən bütün prosesləri optimallaşdırmaqdır.