Türkiyənin vitse-prezidenti: "Məqsədimiz regionda sabitliyin təmin olunmasıdır"

Xarici siyasət
  • 05 noyabr, 2022
  • 11:58
Türkiyənin vitse-prezidenti: Məqsədimiz regionda sabitliyin təmin olunmasıdır

"Bizim məqsədimiz regionda sabitliyin təmin olunmasıdır".

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədovla birlikdə Şuşada keçirdiyi brifinqdə deyib.

O, bunun üçün nə lazımdırsa, edəcəklərini bəyan edib.

Türkiyənin vitse-prezidenti bildirib ki, hər kəs - xüsusilə gənclər Qarabağda və bölgənin ən gözəl şəhəri olan Şuşada olmalıdırlar: "Azərbaycana gəldiyim ilk gündən qonaqpərvərliyini nümayiş etdirən hər kəsə, o cümlədən həmkarım Əli Əsədova minnətdaram".