Türkiyənin təhsil naziri Azərbaycana gəlib

Türkiyənin təhsil naziri Azərbaycana gəlib Türkiyənin təhsil naziri Mahmut Özer Azərbaycanda səfərdədir.
Xarici siyasət
30 Yanvar , 2023 11:27
Türkiyənin təhsil naziri Azərbaycana gəlib

Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanvarın 30-da nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, həmçinin "Türk şəhidliyi" abidəsi ziyarət edilib.

Nazir bildirib ki, səfərin məqsədi Azərbaycanla təhsil sahəsindəki əməkdaşlığı gücləndirməkdir.

Səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə M.Özer arasında görüş olacaq.

M.Özer jurnalistlərə açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib.

Son xəbərlər

Orphus sistemi