Türkiyənin Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına başlayıb
Xarici siyasət
- 01 fevral, 2025
- 10:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi "X" hesabında məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.
Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.
Son xəbərlər
07:14
Tramp ABŞ-nin İranla müharibə xərclərini "cüzi bir şey" adlandırıb
Digər ölkələr
06:29
Barak Ravid: ABŞ Qeşm adasında İranın raket qurğusunu məhv edib
Digər ölkələr
05:55
Manisada təcili tibbi yardım maşını ilə traktor toqquşub
Region
05:47
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
Digər ölkələr
05:17
WSJ: ABŞ İranın Qeşm adasına zərbə endirib
Digər ölkələr
04:50
Brüsseldə Avropanın müharibədən sonrakı quruluşuna dair məsləhətləşmələr aparılacaq
Digər ölkələr
03:55
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
Digər ölkələr
03:43
Diyarbəkirdə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb
Region
03:41
"Bloomberg": ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək
Digər ölkələr