Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir.
"Report" xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçən Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu oxuyub.
Məktubda bildirilib ki, böyük və güclü Türkiyə ideologiyası addım-addım həyata keçirilir:
"Bu gün dünəndən daha güclüyük. Sabah daha güclü olacağıq. Ədalətin höküm sürdüyü dünya nizamını da təsis edəcəyimizə inanıram".
Qeyd edək ki, tədbirdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov fəxri qonaq qismində iştirak edir. Həmçinin qonaqlar arasında VI çağırış Milli Məclis deputatları, burada fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri və azərbaycanlı ictimai xadimlər yer alırlar.
FOTO: Samirə Həsənova