Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng edib, Azərbaycana başsağlığı verib - YENİLƏNİB

Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng edib, Azərbaycana başsağlığı verib - YENİLƏNİB Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.
Xarici siyasət
27 Yanvar , 2023 15:56
Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng edib, Azərbaycana başsağlığı verib - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək İrandakı səfirliyə qarşı edilmiş xain terror hücumunu qətiyyətlə pisləyib.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.  

Bildirilib ki, səfirliyin hadisə nəticəsində həyatını itirmiş əməkdaşına görə mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

M.Çavuşoğlu Azərbaycanın yalnız olmadığını, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

C.Bayramov bu qardaşlıq və həmrəylik diləklərinə görə Türkiyə xarici işlər nazirinə minnətdarlığını bildirib, xain terroru törədənlərin və havadarların ən qısa zamanda ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfinin əlindən gələni əsirgəməyəcəyini bildirib.

11:13

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib, yaralılara şəfa arzulayıb.

“Report” xəbər verir ki, M.Çavuşoğlu bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Türkiyə XİN başçısı İrandakı səfirliyə hücumu qınayıb, daim Azərbaycanın yanında olduqlarını bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Son xəbərlər

Orphus sistemi