Türkiyə Səfirliyi Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar paylaşım edib

Xarici siyasət
  • 11 dekabr, 2021
  • 19:43
Türkiyə Səfirliyi Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar paylaşım edib

Türkiyənin ölkəmizdəki Səfirliyi Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə paylaşım edib.

“Report” xəbər verir ki, səfirliyin tviterdəki paylaşımında ulu öndərin xatirəsi ehtiramla yad edilib.

“Ümummilli Lider Heydər Əliyevi vəfatının 18-ci ildönümü münasibətilə rəhmət və ehtiramla yad edirik”, - paylaşımda qeyd olunur.