Türkiyə səfirliyi: "Azərbaycanla əlaqələrimizi "Şuşa Bəyannaməsi" ilə taclandırdıq"

Xarici siyasət
  • 14 yanvar, 2023
  • 07:11
Türkiyə səfirliyi: Azərbaycanla əlaqələrimizi Şuşa Bəyannaməsi ilə taclandırdıq

Türkiyənin Azərbaycandakı səfirliyi Bakı ilə Ankara arasında diplomatik əlaqələrin bərpasının 31-ci ildönümü münasibətilə paylaşım edib.

“Report” xəbər verir ki, paylaşımda deyilir:

“Ortaq qədim tarixə və köklü mədəni irsə malik olduğumuz qardaşlıq münasibətimizi bütün tərəfləri ilə “Şuşa Bəyannaməsi” ilə taclandırdığımız Can Azərbaycanla diplomatik münasibətlərin bərpasının 31-ci ildönümü mübarək! Bir millət, iki dövlət”.