Türkiyə səfiri Xalq rəssamının qalereya və emalatxanasını ziyarət edib

Türkiyə səfiri Xalq rəssamının qalereya və emalatxanasını ziyarət edib Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı xalq rəssamı Sakit Məmmədovun qalereya və emalatxanasını ziyarət edib.
Xarici siyasət
6 Yanvar , 2024 17:46
Türkiyə səfiri Xalq rəssamının qalereya və emalatxanasını ziyarət edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xalq rəssamı Sakit Məmmədovun qalereya və emalatxanasını ziyarət edib.

"Report" xəbər verir ki, bunu diplomat "X" hesabında yazıb.

Səfir görüş çərçivəsində apardıqları müzakirələrə də diqqət çəkib:

"Qarabağnamə, dörd fəsil, Tomris və başqaları... Onun möhtəşəm əsərləri ilə tanış olduq. Söhbətimizdə Xalq rəssamının TÜRKSOY-un tərkibində Turan Rəssamlıq Akademiyası və Türk Dünyası Rəssamlar Birliyi ilə bağlı fikirlərini və əsərlərini dinlədik".

C.Bağçı bildirib ki, may ayında İstanbulda S.Məmmədovun sərgisi keçiriləcək. Xalq rəssamı bu barədə səfiri məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi