Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya yola düşüb.
Xarici siyasət
28 May , 2022 14:51
Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

12:44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya yola düşüb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" və "Solotürk" qruplarının nümunəvi çıxışlarını izləyəcək.

Səfərdə Türkiyə Prezidentini xanımı Əminə Ərdoğan, xarici işlər nazir Mövlud Çavuşoğlu, milli təhsil naziri Mahmut Özer, kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik, AKP sədrinin müavinləri Ömər İleri və Əfqan Ala, Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun və Prezident sözçüsü İbrahim Qalın müşayiət edirlər.

Son xəbərlər

Orphus sistemi