İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatları təqdim edilib

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatları təqdim edilib İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Xarici siyasət
17 Noyabr , 2021 02:46
İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatları təqdim edilib

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarının təqdimetmə mərasimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Türkiyənin “BHS Group Media” şirkəti və Türkiyə Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbir bu il dördüncü dəfə baş tutub.

“Bir millət, iki dövlət” şüarı altında keçirilən mərasimdə ötən illərdən fərqli olaraq bu dəfə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü qeyd olunub.

Mərasimdə hər iki qardaş ölkənin nümayəndələrinə, sənət, siyasət, idman və iş dünyası nominasiyaları üzrə mükafatlar təqdim olunub.

Qeyd edək ki, tədbirdə Azərbaycan Dövlət Televiziyası və Radio Verilişləri QSC də təltif olunub.

Son xəbərlər

Orphus sistemi