Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olunub

Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olunub İstanbulda Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələrinin daimi Şurasının təsis edilməsi ilə bağlı iclas keçirilib.
Xarici siyasət
27 Aprel , 2022 15:45
Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olunub

İstanbulda Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələrinin daimi Şurasının təsis edilməsi ilə bağlı iclas keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edib.

Qazaxıstan tərəfi isə tədbirə videoformatda qatılıb.

İclasda türkdilli dövlətlər arasında konstitusiya quruculuğunda əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması, habelə məhkəmə sistemində aparılan islahatlar sahəsində birgə tərəfdaşlığı özündə əks etdirən çoxtərəfli sənədlər imzalanıb.

Azərbaycanı tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təmsil edir. O, "Report"un yerli bürosuna açıqlamasında türkdilli dövlətlərin belə bir Şurasının yaradılmasının vacib xarakter daşıdığını bildirib.

Fərhad Abdullayev
Fərhad Abdullayev

Son xəbərlər

Orphus sistemi