Türk dövlətləri könüllülər təşkilatları "Azərbaycan Könüllülük Həftəsi 2023” həmrəylik forumuna qatılıblar.
"Report" xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023” həmrəylik forumunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, forum Ulu Öndər Heydər Əliyev irsinin Azərbaycan gəncliyinə təbliği baxımından olduqca önəmlidir: "Hazırda tədbirdə 3000-dən çox könüllü iştirak edir. Eyni zamanda foruma türk dövlətləri könüllülər təşkilatlarını da dəvət etmişik. Onlar da Azərbaycan gəncləri ilə birlikdədirlər və ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda bizimlə bir yerdədirlər".