Azərbaycanın Rusiyadakı səfirliyində aviaqəza ilə bağlı başsağlığı kitabı açılacaq

Azərbaycanın Rusiyadakı səfirliyində aviaqəza ilə bağlı başsağlığı kitabı açılacaq Azərbaycanın Moskvadakı səfirliyində başsağlığı kitabı açılır.
Xarici siyasət
26 Dekabr , 2024 11:27
Azərbaycanın Rusiyadakı səfirliyində aviaqəza ilə bağlı başsağlığı kitabı açılacaq

Azərbaycanın Moskvadakı səfirliyində başsağlığı kitabı açılır.

Bu barədə “Report” Rusiyadakı diplomatik missiyanın məlumatına istinadən xəbər verir.

"Dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar dekabrın 26-da saat 16:00-dan 18:00-dək və dekabrın 27-də saat 14:00-dan 16:00-dək Azərbaycan Respublikasının səfirliyində başsağlığı kitabı açılacaq", - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, başsağlığını elektron formada [email protected] ünvanına da göndərmək mümkün olacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Son xəbərlər

Orphus sistemi