​Tbilisidəki beynəlxalq konfransda Azərbaycanda həyata keçirilən layihənin təqdimatı olub

​Tbilisidəki beynəlxalq konfransda Azərbaycanda həyata keçirilən layihənin təqdimatı olub Çıxışlar zamanı layihənin böyük xeyir verdiyi vurğulanıb
Xarici siyasət
18 Aprel , 2016 15:06
​Tbilisidəki beynəlxalq konfransda Azərbaycanda həyata keçirilən layihənin təqdimatı olub

Tbilisi. 18 aprel. REPORT.AZ/ Tbilisidə “İqlim dəyişikliklərinə ekosistem əsaslı yanaşma” mövzusunda beynəlxalq konfrans keçirilib. "Report" xəbər verir ki, konfransda Azərbaycan hökumətinin bu sahəyə böyük diqqət yetirdiyi xüsusi qeyd olunub, iqlim dəyişikliyi zamanı ekosistemə kompleks yanaşması yüksək qiymətləndirilib.

Tədbirdə dünyada baş verən iqlim dəyişikliyi, baş verən texnogen hadisələrin iqlimə təsiri, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, bu sahədə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Ayrı-ayrı ölkələrdə, o cümlədən Azərbaycanda ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər, həyata keçirilən layihələr diqqət mərkəzində olub.

Azərbaycanda həyata keçirilən “Cənubi Qafqazda otlaq və meşə resurslarından səmərəli istifadə” layihəsinin təqdimatı keçirilib. Bildirilib ki, BMT İP-nın bu layihəsi Azərbaycan hökumətinin razılığı və ETSN-in dəstəyi ilə həyata keçirilib. Layihə çərçivəsində Azərbaycanın İsmayıllı və Şamaxı bölgələrində, xüsusən də torpaq sürüşmələrinin qeydə alındığı ərazilərdə 200 hektara yaxın meşə salınıb, 70 minə yaxın ağac əkilib, 20 hektara yaxın sahədə toxum səpilib. Yaylaq ərazilərində təhqiqat işləri aparılıb.

Çıxışlar zamanı layihənin böyük xeyir verdiyi vurğulanıb.

Dünyanın ondan çox ölkəsinin, beynəlxalq təşkilatların mütəxəssislərinin, ekspertlərinin, müvafiq strukturlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin əməkdaşları təmsil ediblər.

Son xəbərlər

Orphus sistemi